Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, Ukrayna XİN-in mətbuat katibi Olek Nikolenko Kiyevin səfirliyə hücumu pislədiyii açıqlayıb.
"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum yolmerilməzdir", - nazirlik sözçüsü deyib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.