Modern.az

Hər cür zorakılığı pisləyirik - Almaniya səfiri

Hər cür zorakılığı pisləyirik - Almaniya səfiri

Aktual

27 Yanvar 2023, 13:15

Almaniyanın Bakıdakı səfiri Ralf Horlemann Azərbaycanın İrandakı səfirliyinə hücuma münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Almaniya səfiri Twitter hesabında paylaşım edib.

 

"Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik. Dualarımız qurbanların ailələri ilədir", - səfir bildirib. 

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir