Modern.az

Cəzasızlıq yeni cinayətlərə yol açır - Ukrayna səfiri

Cəzasızlıq yeni cinayətlərə yol açır - Ukrayna səfiri

Aktual

27 Yanvar 2023, 13:57

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında bildirib.

 

"Təəssüf ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır: bu gün Tehranda oxşar hadisə baş verib. Bu, dərin narahatlıq doğuran qəbuledilməz və həyasızcasına bir haldır. Azərbaycan səfirliyinə hücum faktı lazımınca araşdırılmalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir. Cəzasızlıq yeni cinayətlərə yol açır",- deyə diplomat bildirib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?