Modern.az

Danışsalar, onların qulağını kəsərlər - Müxalifətə ittiham

Danışsalar, onların qulağını kəsərlər - Müxalifətə ittiham

Aktual

1 Fevral 2023, 11:32

Səfirliyimizdəki terror aktı İranın simasını, daha doğrusu, simasızlığını göstərdi.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev bildirib.

 

Deputat müxalifətin Tehrandakı hadisəyə reaksiya verməməkdə ittiham edib.

 

“Bütün ölkə İranda baş verən hadisəyə reaksiya verdi, bəyanat yaydı. Amma bir tək ölkədə fəaliyyət göstərən radikal müxalifətdən başqa. Onlar həmişəki kimi susdular. Bildirim ki, həmin qüvvələr digər ölkələr kimi İranın agentləridir. Onlar istəsələr belə danışa bilməzlər. Danışsalar, onların qulaqlarını kəsərlər. Elə buradan deyirəm ki, daş düşsün sizə də, elə siyasətinizə də”, - deyə deputat vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı