Bizim ölkəmizdə konstitusiya imkan vermir ki, fövqəladə mühit yaradaq.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib.
“Digər xarici ölkələrdə konstitusiya şərait yaradır ki, fövqəladə mühit rejimi yaradılsın. İnsan hüquq və azadlıqları məhdudlaşmırsa, bu qanuna nə ehtiyac var? Bu qanun hələ fövqəladə vəziyyəti formalaşdıra bilmir. Ona görə mən təklif edirəm ki, qanun layihəsi gündəlikdən çıxarılsın və ya aydınlaşdırılsın”, - deputat vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək.