Modern.az

Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib

Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib

Aktual

Bu gün, 17:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalov noyabr ayı ərzində vətəndaşların 8 qəbulunu keçirib. Qəbullarda 330 məcburi köçkün iştirak edib. 

Modern.az xəbər verir ki, aparat rəhbərinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər doğma yurda qayıtmaq istəklərini bildirib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərindən razılıq ifadə ediblər. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır.
 

Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib - FOTOLAR

Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib - FOTOLAR

Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib - FOTOLAR

Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib - FOTOLAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI