Modern.az

Əliyevin verdiyi təminatlar sabitliyi təmin edə bildi  - Rumıniya Prezidenti 

Əliyevin verdiyi təminatlar sabitliyi təmin edə bildi  - Rumıniya Prezidenti 

Aktual

3 Fevral 2023, 11:48

2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təşkilatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi.

 

Modern.az xəbər verir ki, bu fikri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

 

Onun sözlərinə görə, bu çağırışlar kompleks siyasət və tənzimləyici qaydaları tələb edir.

 

“Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından Prezident Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi”, - deyə Rumıniya Prezidenti vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı