Modern.az

Füzulidə elektromobillər üçün enerji doldurma stansiyaları quraşdırılacaq

Füzulidə elektromobillər üçün enerji doldurma stansiyaları quraşdırılacaq

Aktual

3 Fevral 2023, 11:40

İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid sürətlə aparılır. Bu ərazilərdə demək olar ki, bütün mümkün yerlərdə elektromobillərin enerji doldurması üçün məntəqələr tikilib.

 

Modern.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

 

“Füzulidə ilk dəfə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikilib və istifadəyə hazırdır. Orada elektromobillər üçün enerji doldurma stansiyaların quraşdırılması da planlaşdırılır”,- deyə Araz Məmmədzadə əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı