Türkiyədə baş vermiş zəlzələ ilə bağlı 45 ölkə yardım təklifi göndərib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Beynəlxalq aləmdə ölkəmizlə təmaslar qurulmağa başlanılıb. NATO və Avropa birliyi yanında 45 ölkə Türkiyəyə yardım təklifləri göndərib",- deyə Prezident söyləyib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.