Modern.az

Azərbaycanlı tələbələr dağıntılar altından çıxarılıb? - YENİLƏNİB

Azərbaycanlı tələbələr dağıntılar altından çıxarılıb? - YENİLƏNİB

Aktual

6 Fevral 2023, 23:00

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbənin xilas edildiyi deyilir.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altından çıxarılıb.

 

Qeyd edək ki, onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.

 

 

***

21:05

Malatyada binanın dağılması nəticəsində 4 azərbaycanlı tələbə dağıntılar altında qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ARB 24-ə müsahibəsində bildirib.

 

Səfir deyib ki, günortaya yaxın tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı, lakin yaxınlıqdakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.

 

"Başqa tələbələrin hamısı ilə əlaqə saxlanılıb", - deyən R.Məmmədovun sözlərinə görə, bir nəfər istisna olmaqla başqa pis xəbər yoxdur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı