Modern.az

Almaniya səfiri bayraqların endirilməsindən yazdı - Türkiyəyə görə...

Almaniya səfiri bayraqların endirilməsindən yazdı - Türkiyəyə görə...

Aktual

8 Fevral 2023, 11:50

Bu gün Bakıda Avropa İttifaqı, Almaniya, Niderland, İsveç, Belçika, Estoniya, Latviya səfirliklərinin bayraqları Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yarıya qədər endirilib.

 

Modern.az verir ki, bu barədə Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann tviterdə bildirib.

 

"Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bu gün Bakıda bəzi Avropa ölkələrinin bayraqları yarıya qədər endirilib. Hadisə ilə bağlı həmrəylik nümayiş etdirilir. Fikirlərimiz və dualarımız dağıntılardan zərər çəkənlərin yanındadır”, -deyə səfir bildirib. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...