Modern.az

Xilasedicilərimiz daha 2 nəfərin meyitini çıxardı

Xilasedicilərimiz daha 2 nəfərin meyitini çıxardı

Aktual

9 Fevral 2023, 10:30

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 2 nəfərin meyitini çıxarıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində binaların dağıntıları altında aşkarlanan şəxslərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

 

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?