Modern.az

Ermənistana niyə KTMT-nin deyil, Aİ-nin müşahidəçiləri gəlir? - Paşinyan danışdı

Ermənistana niyə KTMT-nin deyil, Aİ-nin müşahidəçiləri gəlir? - Paşinyan danışdı

Aktual

9 Fevral 2023, 10:42

Baş nazir Nikol Paşinyan Ermənistana niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yox, Avropa İttifaqı (Aİ) müşahidəçilərinin gəldiyi barədə sualı cavablandırıb.

Modern.az xəbər verir ki, baş nazir parlamentin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Hripsime Qriqoryanın xahişilə bu sualı cavablandırıb. Qriqoryanın fikrincə, bu mövzu mətbuatda fəal şəkildə müzakirə olunur və şayiələrə, o cümlədən ekspertlərin müzakirəsinə səbəb olur.


Nikol Paşinyanın sözlərinə görə, KTMT Ermənistana müşahidəçilərin göndərilməsi ilə bağlı təklifin qüvvədə qaldığını bildirib və buna görə erməni tərəfi, təbii ki, minnətdardır.

Paşinyan bildirib ki, rəsmi İrəvan KTMT-dən onun məsuliyyət zonası olan Ermənistan Respublikasının sərhədlərinin haradan keçdiyi məsələsinə aydınlıq gətirməyi xahiş edib, amma cavab almayıb.

O, həmçinin qeyd edib ki, 2022-ci ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə Aİ Ermənistanın sərhədlərini aydın şəkildə müəyyən edib və bu sərhədə nəzarət etmək üçün müşahidəçilərin göndərilməsini elan edib.
 

"Ermənistanın ərazisi və sərhədləri haqqında dəqiq təsəvvürü olmayan missiyaya çətinlik yaranacaq, çünki sərhədin pozulduğu və Ermənistan ərazisinin işğal edilib-edilmədiyi onun üzvlərinə aydın olmayacaq", - baş nazir bildirib.

Qeyd edək ki, Avropa İttifaqı bir müddət öncə Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı