Modern.az

Vətəndaşlardan sənədsiz ov tüfəngləri götürüldü

Vətəndaşlardan sənədsiz ov tüfəngləri götürüldü

Aktual

9 Fevral 2023, 10:50

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 8-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə dörd ov tüfəngi aşkarlanaraq götürülüb.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?