Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Vətənə təxliyə olunacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Təxliyə avtobusu fevralın 9-da saat 17:00-də Adana avtovağzalından Azərbaycana yola düşəcək.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.