Fevralın 9-da Ermənistan parlamentində “Hayastan” müxalifət blokunun fraksiya katibi, daşnak Artsvik Minasyanla hakim “Mülki müqavilə” partiyasından olan vitse-spiker Akop Arşakyan arasında mübahisə yaranıb.
Modern.az xəbər verir ki, Minasyan parlamentin iclasında növbəti dəfə indiki hakimiyyəti tənqid edib. Onun fikrincə, hakim partiyadan olan deputatlar parlamentin tribunasından çıxışları zamanı “açıq siyasi nadanlıq, ikiüzlülük və pis davranış nümayiş etdirirlər”.
Minasyan çıxışına davam etməyə çalışsa da, deputatlardan narazılıq səslənib. Vitse-spiker Akop Arşakyan Artsvik Minasyanın çıxışını yarımçıq kəsməyə çalışıb.
Amma Minasyan Arşakyanın çağırışlarına və iqtidaryönlü deputatların nidalarına əhəmiyyət verməyərək, çıxışını davam etdirib.
Sonda parlamentin vitse-spikeri ilə daşnak deputat arasında mübahisə yaranıb. Vitse-spiker Minasyanı təmkinli olmağa və həmkarları haqqında təhqiramiz ifadələr səsləndirməməyə çağırıb.