Modern.az

Zəlzələ bölgəsində müvəqqəti sığınacaqlar salınacaq

Zəlzələ bölgəsində müvəqqəti sığınacaqlar salınacaq

Aktual

9 Fevral 2023, 17:30

Avropa İttifaqı (Aİ) Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasında bu ölkəyə kömək etmək üçün Aİ-nin fövqəladə vəziyyətlə bağlı strateji ehtiyatını səfərbər edir.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç bildirib.

 

Onun sözlərinə görə, Türkiyədəki güclü zəlzələdən əziyyət çəkmiş şəxslər üçün Aİ-nin İsveç və Rumıniyadakı ehtiyatlarından müvəqqəti sığınacaqlar təmin ediləcək.

 

Qeyd edək ki, müvəqqəti sığınacaq dəstinə yüngül sığınacaqlar, çarpayı, çarşaf, döşək, həmçinin sığınacaqları enerji təchizatı ilə birləşdirmək üçün elektrik materialı daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı