Modern.az

Dağıntıdan çıxarılan 20 min nəfər başqa bölgələrə təxliyyə edilib 

Dağıntıdan çıxarılan 20 min nəfər başqa bölgələrə təxliyyə edilib 

Aktual

11 Fevral 2023, 00:03

Türkiyədə zəlzələ zonasında dağıntılar altından çıxarılan 20 min nəfər digər bölgələrə təxliyyə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Onun sözlərinə görə, dağıntı altından xilas edilən 20 min nəfər təcili müdaxilədən sonra hava, quru təcili yardım maşınları və dəniz nəqliyyatı vasitəsilə digər bölgələrə təxliyyə olunub.

 

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə indiyədək zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı