Modern.az

Zəlzələdə həlak olan iş adamı Salyanda dəfn olundu

Zəlzələdə həlak olan iş adamı Salyanda dəfn olundu

Aktual

12 Fevral 2023, 15:05

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı iş adamı, 1965-ci ildə Salyanda anadan olmuş Əliyev Eldəniz Həbib oğlu doğulduğu Arbatan kənd qəbristanlığında torpağa tapşırılıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, mərhum bu gün Salyana gətirilərək dəfn edilib.

 

Qeyd edək ki, E.Əliyev 40 ildən çox idi ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən burada baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı