Modern.az

Bayraktar zəlzələdən zərərçəkənlərə 1000 mənzil verəcək 

Bayraktar zəlzələdən zərərçəkənlərə 1000 mənzil verəcək 

Aktual

12 Fevral 2023, 22:40

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan "Baykar" şirkəti zəlzələdə zərər çəkən şəxslərə 1000 mənzil bağışlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin texniki direktoru Səlcuk Bayraktar özünün sosial media hesabında yerləşdirdiyi videomüraciətdə deyib.

 

"Fəlakət zamanı bacı-qardaşlarımızın qalıcı sığınacaq ehtiyaclarının həlli budur. Yaralarımızı bir ürəklə sağaldacağıq", - deyə o qeyd edib.

 

Bayraktar prosesin AFAD ilə koordinasiyalı şəkildə aparılacağını bildirib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı