Modern.az

Daha bir azərbaycanlının nəşi Türkiyədən gətirilir

Daha bir azərbaycanlının nəşi Türkiyədən gətirilir

Aktual

16 Fevral 2023, 09:52

Türkiyədə baş vermiş zəlzələdə həlak olan Azərbaycan vətəndaşı Lida Qocayevanın nəşi bu gün Vətənə gətiriləcək. 

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

 

"Təyyarə saat 12:50-də Bakı-Ankara reysi ilə yola düşəcək və 16:20-də Bakıya eniş edəcək",- deyə XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı