Modern.az

"Azərişıq" sədri Tərtər sakinləri ilə görüşüb

Aktual

16 Fevral 2023, 22:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov fevralın 16-da Tərtər və Ağdam rayonlarından olan vətəndaşlarla görüşüb.

 

ASC-dən Modern.az-a bildirilib ki, qəbul Tərtər şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Azərişıq” ASC-nin Tərtər Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

 

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

 

Görüşdə qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

 

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı