Modern.az

Sahibə Qafarovadan ombudsmana TƏKLİF

Sahibə Qafarovadan ombudsmana TƏKLİF

Aktual

7 Mart 2023, 12:17

Bildyiniz kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu həyatını itirib, yaralanlar var. Bu məqamda mənim Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) təklifim var.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

 

“Hesab edirəm ki, bu ciddi insan haqlarının pozuntusunu beynəlxalq təşkilatlarda çox ciddi şəkildə qaldıracaqsınız və onların diqqətinə çatdıracaqsınız. Sizə uğurlar diləyirəm”, - parlament sədri vurğulayıb.

 

Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı