Modern.az

Narkotik çəkən 9 sürücü SAXLANILDI

Narkotik çəkən 9 sürücü SAXLANILDI

Aktual

7 Mart 2023, 12:28

Ağdaşda narkotik vasitə və spirtli içki qəbul edərək avtomobil idarə edən 13 sürücü cərimələnib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən olunub.

 

Ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı narkotikin təsiri altında 9, spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə edən 4 sürücü saxlanılıb.

 

Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququnun olmadığı da məlum olub.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı