Modern.az

Deputata sui-qəsd: iranlı general Bakıya bu mesajı vermişdi – Modern.az-ın icmalı

Deputata sui-qəsd: iranlı general Bakıya bu mesajı vermişdi – Modern.az-ın icmalı

Aktual

29 Mart 2023, 09:36

Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı və digər məsələlər gündəmin əsas mövzularını təşkil edib.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Dünən axşam saatlarında deputat Fazil Mustafa silahlı hücuma məruz qalıb. O, dostları ilə birlikdə iftar mərasimində iştirak edib. Deputat daha sonra yaşadığı evə yollanıb. Fazil Mustafa evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb. Prokurorluq tərəfindən hadisə ilə bağlı cinayət işi başlanıb. DTX hadisənin terror aktı olduğunu bildirib.

 

BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli iclasda iştirak etmək məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova hadisə ilə bağlı məlumat aldıqdan sonra Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb, onun vəziyyəti ilə maraqlanıb.

 

Dünən İranın Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Kuderzi Azərbaycanla sərhədə gəlib. İranlı general sərhəddən Azərbaycan və Ermənistana mesajlar verib. “Biz qonşularımıza qarşılıqlı hörmətlə yanaşırıq. Azərbaycanla Ermənistan arasındakı problemin diplomatik yolla həll ediləcəyinə ümid edirik. Bütün dünyada müharibələrin olması və qan tökülməsi məsələnin həllinə kömək etmədi. Bəzi qonşularımızın problemi diplomatik yolla həll etmək üçün bölgədə təhlükəsizliyin təmin edilməsini istəyirik və bunu tövsiyə edirik”,- deyə Əhməd Əli Kuderzi bildirib.

 

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir. O, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

 

Prezident İlham Əliyev Məsim Əhməd oğlu Məmmədovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edib. Prezident bildirib ki, Laçın Hava Limanı gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində istismara veriləcək. Dövlət başçısı, həmçinin qeyd edib ki, Kəlbəcər rayonuna xüsusi nümayəndə təyin edilməyib, lakin bu da olacaq. "Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir", - prezident çıxışında bildirib.

 

Ali Məhkəmədə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli, “Portos” MMC-nin direktoru Nadir Məmmədov və digər təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb. Məhkəmə V.Səfərli və iş üzrə digər ittiham olunan şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib: "Əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib".

 

Modern.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan tərəfinə nazirlərin görüşünə dair hər hansı təklif göndərilməyib. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün vaxtı, eləcə də digər detalları məlum deyil və bununla bağlı rəsmi Bakıya müraciət daxil olmayıb.

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib. Rəsmi açıqlamada qeyd olunub ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.


Dünya Bankı isə bildirib ki, qlobal iqtisadiyyatın inkişaf sürəti son 30 ilin ən aşağı səviyyəsinə enəcək. 2022-ci ildən 2030-cu ilə qədər olan dövrdə qlobal ümumi daxili məhsulun orta artımı ildə təxminən 2,2% təşkil edəcək (2011-2021-ci illərdə 2,6% olub).

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Kibertəhlükəsizlik təlimi - 2023" təlimini izləyib.

 

Pakistan Demokratiya Sammitində iştirakdan imtina edib. Bildirilib ki, İslamabad sammit iştirakçıları ilə demokratiya sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

 

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Böyük Britaniyanın “Challenger” tanklarının test-drayv mərhələsində şəxsən iştirak edib. O, təəssüratlarını bölüşüb. “Ukraynanın ilk əsas döyüş tankı “Challenger 2”yə ​​minmək çox xoş idi. Böyük Britaniyanın tədarük etdiyi belə tanklar ölkəmizə bu yaxınlarda gəlib. Bu fantastik maşınlar tezliklə öz döyüş tapşırıqlarına başlayacaqlar”, - deyə Reznikov bildirib.

 

Avropa İttifaqı (Aİ) ölkənin sabitliyini gücləndirmək üçün Moldovaya 1 milyard avro ayırıb. Portuqaliyanın paytaxtı Lissabon şəhərində ismaililərin dini mərkəzinə soyuq silahla hücum edilib. Bildirilib ki, bıçaqlı hücum zamanı azı iki nəfər ölüb. Şiə dini mərkəzinə hücum edən şəxsin Əfqanıstan əsilli olduğu qeyd edilib. Hücum edən şəxsin zərərsizləşdirildiyi açıqlanıb.

 

Martın 28-də Fransa 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb. "Fransa parlamentinin 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıması mühüm və əhəmiyyətlidir", - Zelenski bildirib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Tanınmış vəkil Əvəz Zeynallını ifşa etdi - Sensasion faktlar 

İki tələbəm Azərbaycanda nazir işləyir - Prezidentliyə namizəd

Yerüstü keçid qanunsuz tikilib? - Rəsmi açıqlama

Dövlət Komitəsi: Nəzir qutularına biz nəzarət etmirik

Deputatdan gənclərə irad: TikTokda atılıb-düşürlər

Elmdə dedi-qodu mentalitetin cizgiləridir - Deputat yazır

Futbolumuz yenidən aşsüzən dövrünə qayıdıb - Deputatdan etiraz

Səfir də komandamızı tənqid etdi: “Qızlardan, dollardan danışır, yeyib-içirdilər”

Tanınmışlar yaşadıqları rayonun icra başçılarını tanıyırlarmı? - SORĞU

Ata ilə oğulun davası: Söyüş ölümə səbəb oldu

Ermənilərin gizli silah daşıdığı yol tam nəzarətə götürülüb

Həyat yoldaşının ölümü kişilərə daha pis təsir edir

Qarabağda işləyən Türkiyə vətəndaşları necə səs verəcəklər?

“Sürücünü yox, maşını dəyişmək lazımdır” - Biabırçı məğlubiyyətin səbəbləri

Bakının görüş təklifinə separatçılardan təxribatçı cavab

Deputatdan Bulvar İdarəsinə tənqid: “Qurbağalar narahat olur”

Təhlükəsizliyimizin keşiyində duran görünməyən QƏHRƏMANLAR

De Byazi özü istefa verib getməlidir - DEPUTAT

SÜNİ ZƏKA: Siyasətdən məişətə qədər... - Həyatımıza necə təsir edir?

Putin İrəvana getməyəcək - Bu, Azərbaycanın əleyhinədir

Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq - Erməni deputat

"Qalatasaray"ın prezidentindən Azərbaycana TƏŞƏKKÜR 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı