“Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftəlik işini Biləsuvar rayonunda daha dəqiq desək, Əliabad kəndində yekunlaşdırıb. Aksiyaya qatılan sakinlərdən 15-i müraciətini ünvanlayıb.
Modern.az xəbər verir ki, bunlardan da 12-si Əliabad kəndinin genişlənmiş hissəsində salınan 48 evin sakinləri adından səslənib.
Qeyd edilən hissədə yaşayan vətəndaşların istəyi isə həmin yeni yaşayış massivin qazlaşdırılmasından ibarət olub.
Görüşdə səsləndirilən müraciətlər aidiyyəti üzrə yönləndirilib.