Modern.az

Paşinyan konsert verəcək

Paşinyan konsert verəcək

Dünya

17 Aprel 2026, 10:48

Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası ilə əlaqədar diqqətçəkən qərar verib.

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan seçki kampaniyasını İrəvanın Respublika Meydanında özünün "Varçaband" qrupunun konserti ilə başa vurmağı düşünür.

Erməni mediasının yazdığına görə, artıq Baş nazir qrup repertuarını genişləndirmək və yeni ifaçılar cəlb etmək barədə müzakirələr aparmağa başlayıb.

Xatırladaq ki, Nikol Paşinyan bir neçə ay ərzində nağarada ifa etməyi öyrənib və yanvarın əvvəlində "Varçaband" qrupunun yaradıldığını elan edib. Qrup artıq İrəvanda iki konsert verib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ