Modern.az

Nazir müavini “ICAO”nun rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Nazir müavini “ICAO”nun rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Aktual

17 Aprel 2026, 09:46

Mərakeş şəhərində keçirilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 5-ci “Qlobal İcra Dəstəyi Simpoziumu” çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə “ICAO” Şurasının prezidenti Toşiyuki Onuma və “ICAO”nun baş katibi Xuan Karlos Salazar arasında görüş keçirilib. 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan tərəfi ölkəmizdə aviasiyanın inkişafı, eləcə də dayanıqlı aviasiya yanacağı ilə bağlı ACT-SAF proqramı və “Ələt Yaşıl Hava Limanı” layihəsi təşəbbüsləri daxil olmaqla “ICAO” ilə əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat verib. Həmçinin “ICAO” və Dövlət Mülki Aviasiya Agentliyi arasında təlim xidmətlərinə dair razılaşma imzalanıb.

Azərbaycan nümayəndə heyəti ilə Mərakeş Krallığının nəqliyyat və logistika naziri Abdessamad Kayuh arasında da görüş keçirilib. 

Görüşdə nəqliyyat sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Həmçinin iki ölkə arasında müntəzəm uçuşların açılması və hava əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Mülki aviasiya sahəsində əməkdaşlığın hüquqi çərçivəsinin formalaşdırılması məqsədilə hava əlaqəsi haqqında hökumətlərarası sazişin qısa müddətdə imzalanması barədə razılıq əldə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!