Modern.az

ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir

ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir

Dünya

Bu gün, 11:18

ABŞ prezidenti Donald Tramp amerikalıların "İranla razılaşmaya çox yaxın olduğunu" bildirib və bir neçə saat sonra müharibənin "tezliklə bitməli olduğunu" əlavə edib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Tramp bildirib ki, ABŞ və İran arasında növbəti görüş bu həftə sonu baş tuta bilər. O, iki həftəlik atəşkəsin uzadılmasını istisna etməyib, lakin əlavə edib ki,  Tehran "yekun razılaşma" əldə etmək istədiyi üçün buna ehtiyac olmaya bilər.

ABŞ və İran arasında vasitəçilikdə iştirak edən Pakistan mənbəsi "pərdəarxası diplomatiyada" irəliləyiş olduğunu bildirib. Agentliyin mənbəsinə görə, iki tərəf arasında qarşıdan gələn görüş razılaşmanın imzalanmasına səbəb ola bilər.

"Reuters" xəbər verir ki, İslamabadda keçirilən danışıqlarda ABŞ İranın bütün nüvə fəaliyyətlərinin 20 illik dayandırılmasını təklif edib, lakin mənbələrə görə, Tehran cəmi 5 illik fasilədə israr edib.

Trampın sözlərinə görə, İran iyun ayında Amerikanın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yerin dərinliyində basdırılmış yüksək zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməyə razılıq verib. İran hələ ki, Trampın açıqlamasını təsdiqləməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi