Modern.az

Baş redaktor vəzifəsindən azad edildi

Baş redaktor vəzifəsindən azad edildi

Media

Bu gün, 10:28

Naxçıvan Muxtar Respublikasında nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Məlumatı Sara Əzimova özü də sosial şəbəkədə təsdiqləyib:

"17 yaşımdan fəaliyyətə başladığım “Şərq qapısı” qəzeti ilə yollarımız ayrılır. Bundan sonra Naxçıvanda həm yeni bir qurumda fəaliyyətimi davam etdirəcəyəm, həm də uzun zamandır üzərində çalışdığımız, yeni çağırışlara cavab verən media platformasının yaradılmasına start verəcəyəm".

Sara Əzimova 2023-cü ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində çalışırdı.

O, “Şərq qapısı” qəzetinə yeni baş redaktorun təyin olunduğunu da bildirib.

Yeni baş redaktor bundan əvvəl Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Rəmzi Tahirlidir.

Sizə yeni x var
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi