Modern.az

Gəncədə itkin düşən şəxs TAPILDI

Gəncədə itkin düşən şəxs TAPILDI

Aktual

16 İyul 2023, 11:59

Gəncə şəhərində itkin düşən şəxs Bakıda tapılıb.

 

Modern.az-ın məlumatına görə, iyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F. Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?