Modern.az

Bayram günlərində mənşə sertifikatı veriləcək

Bayram günlərində mənşə sertifikatı veriləcək

Aktual

5 İyun 2025, 17:35

Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların fasiləsiz həyata keçirilməsi və müvafiq sertifikatların verilməsində ardıcıllığın təmin olunması məqsədilə Agentlik və onun regional bölmələri, həmçinin tabeliyində fəaliyyət göstərən "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC və onun regional bölmələri 6 və 9 iyunda – qeyri-iş günlərində də fəaliyyət göstərəcək.

Qeyd olunan tarixlərdə sahibkarlar, adi iş günlərində olduğu kimi, Agentliyin "Bakı KOB Evi", regional bölmələri və Ekspertiza Mərkəzinə müraciət edərək müvafiq xidmətlərdən yararlana bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV