Modern.az

Beyninə qan sızan aktyor əməliyyat olunub

Beyninə qan sızan aktyor əməliyyat olunub

Aktual

21 İyun 2025, 10:17

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Modern.az xəbər verir ki, aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, qardaşı əməliyyat olunub, ona anevrizma diaqnozu qoyulub.

“Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır”, - Dilarə Əliyeva qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV