Modern.az

“Xaşxaş-2025” əməliyyatı KEÇİRİLDİ

“Xaşxaş-2025” əməliyyatı KEÇİRİLDİ

Aktual

27 İyun 2025, 09:59

Yardımlıda 9200 ədəd xaşxaş kolu məhv edilib.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!