Modern.az

“Sputnik Azərbaycan”da saxlanılanların sayı 7-yə ÇATDI

“Sputnik Azərbaycan”da saxlanılanların sayı 7-yə ÇATDI

Aktual

1 İyul 2025, 14:15

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün DİN “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...