Modern.az

Həkimlərin maaşları niyə verilmir? - TƏBİB-dən AÇIQLAMA

Həkimlərin maaşları niyə verilmir? - TƏBİB-dən AÇIQLAMA

Aktual

9 İyul 2025, 19:27

Mətbuatda və sosial şəbəkələrdə bir sıra rayonlarda çalışan həkimlərin maaş ala bilmədikləri barədə xəbərlər yayılıb.

Modern.az-ın məlumatına görə, TƏBİB iddialara aydınlıq gətirib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir.

"Hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əməkhaqlarının ödənişi təmin olunub", - məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...