Modern.az

Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü - FOTOLAR

Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü - FOTOLAR

Aktual

19 Sentyabr 2025, 15:20

Türkiyədə 19 Sentyabr Qazilər Günü münasibətilə keçirilən tədbirdə azərbaycanlı qazilər və onların ailələri də iştirak ediblər.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, tədbirdə milli müdafiə naziri Yaşar Gülərlə yanaşı, qərargah rəisi general Selçuk Bayraktaroğlu, qoşun komandanları və nazir müavinləri də iştirak ediblər.

Tədbir çərçivəsində Yaşar Gülər azərbaycanlı qazilər və onların ailələri ilə ayaqüstü görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!