Modern.az

Prezident bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

Prezident bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

Aktual

Bu gün, 15:40

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Modern.az fərmanın mətnini təqdim edir:

1. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 163 (Cild I); 2025, № 11, maddə 1018) 2-ci hissəsinin beşinci abzasından “xüsusi” sözü çıxarılsın.

2. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489 (Cild I); 2024, № 5 (I kitab), maddə 511; 2025, № 6, maddə 552, № 8, maddə 760; 2026, № 2, maddə 123) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları” üzrə:

2.1.1. 3-cü hissə üzrə:

2.1.1.1. birinci cümlədən “xüsusi” sözü çıxarılsın;

2.1.1.2. ikinci cümlədə “Xüsusi icazənin” sözləri “İcazənin” sözü ilə əvəz edilsin;

2.1.1.3. üçüncü cümlədə “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;

2.1.2. 4-1-ci hissənin birinci və ikinci cümlələrindən, 6-cı hissədən, 7-ci və 9-cu hissələrin birinci cümlələrindən “xüsusi” sözü çıxarılsın;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydaları, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi Qaydası”nın 4-cü hissəsi üzrə:

2.2.1. 4.1-ci bənddən birinci halda “xüsusi” sözü çıxarılsın;

2.2.2. 4.2-ci bəndin birinci cümləsində “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;

2.2.3. 4.3-cü (hər iki halda), 4.4-cü (hər iki halda) bəndlərdən, 4.5-ci və 4.13-cü bəndlərdən “xüsusi” sözü çıxarılsın;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın 3-cü hissəsinin birinci–üçüncü cümlələrindən, 4-cü hissəsinin birinci və ikinci cümlələrindən, 5-ci hissəsinin birinci cümləsindən, 6-cı və 10-cu hissələrindən “xüsusi” sözü çıxarılsın;

2.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları” üzrə:

2.4.1. 4-cü hissədən, 5-ci hissənin birinci cümləsindən və 8-ci (hər üç halda) hissədən “xüsusi” sözü çıxarılsın;

2.4.2. 9-cu hissə üzrə:

2.4.2.1. birinci cümlədə “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;

2.4.2.2. ikinci cümlədə “Xüsusi icazənin” sözləri “İcazənin” sözü ilə əvəz edilsin;

2.4.3. 13-cü hissədən və 14.2-ci bənddən “xüsusi” sözü çıxarılsın;

2.5. həmin Fərmanla təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3.1.1-ci, 3.1.2-ci, 3.1.4-cü, 3.1.5-ci yarımbəndlərindən, 3.2-ci bəndinin ikinci cümləsindən, 3.4-cü bəndindən, 3.5-ci bəndinin üçüncü cümləsindən, 3.12-ci bəndindən, 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərindən, 5.1-ci bəndindən, 5.2-ci bəndinin birinci abzasının birinci cümləsindən və 5.3-cü (hər iki halda) bəndindən “xüsusi” sözü çıxarılsın;

2.6. həmin Fərmanla təsdiq edilmiş “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın 2-ci hissəsi üzrə:

2.6.1. 2.1-ci, 2.2-ci (hər iki halda) bəndlərdən və 2.4-cü bəndin birinci cümləsindən “xüsusi” sözü çıxarılsın;

2.6.2. 2.5-ci bənd üzrə:

2.6.2.1. birinci abzasdan (hər iki halda) “xüsusi” sözü çıxarılsın;

2.6.2.2. ikinci abzasda “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;

2.6.3. 2.9-cu bənddən “xüsusi” sözü çıxarılsın.

3. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 26 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 64 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından “xüsusi” sözü çıxarılsın;

3.2. preambuladan və 2-ci hissədən “xüsusi” sözü çıxarılsın.

4. “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798 (Cild I); 2024, № 8, maddə 950; 2025, № 6, maddə 552; 2026, № 2, maddə 123, № 8, maddə 784) aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambuladan, 1-ci (hər iki halda) və 2-ci (hər iki halda) hissələrdən “xüsusi” sözü çıxarılsın;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları” üzrə:

4.2.1. adından (hər iki halda) “xüsusi” sözü çıxarılsın;

4.2.2. I hissə üzrə:

4.2.2.1. 1.1-ci (hər iki halda) və 1.2-ci bəndlərdən “xüsusi” sözü çıxarılsın;

4.2.2.2. 1.3-cü bənddə “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;

4.2.2.3. 1.4-cü bəndin birinci və ikinci cümlələrindən, 1.5-ci bəndin birinci (hər iki halda) və ikinci (hər üç halda) cümlələrindən, 1.6-cı bənddən və 1.7-ci bəndin birinci cümləsindən “xüsusi” sözü çıxarılsın;

4.2.3. II hissə üzrə:

4.2.3.1. adından “XÜSUSİ” sözü çıxarılsın;

4.2.3.2. 2.1-ci bəndin (hər iki halda) və 2.1.1-ci yarımbəndin birinci abzaslarından, 2.1-1-ci bəndin birinci cümləsindən, 2.2-ci bənddən, 2.3-cü bəndin birinci (birinci və ikinci hallarda) və ikinci cümlələrindən, 2.4-cü bəndin birinci və ikinci cümlələrindən, 2.5-ci bənddən, 2.6-cı bəndin birinci və ikinci cümlələrindən, 2.7-ci, 2.8-ci (hər iki halda), 2.9-cu (hər iki halda), 2.10-cu (hər üç halda) bəndlərdən, 2.11-ci bəndin birinci abzasından, 2.11.1-ci yarımbənddən, 2.11.2-ci yarımbəndin birinci abzasından, 2.11.3-cü yarımbənddən, 2.12-ci (hər iki halda), 2.13-cü (birinci halda) bəndlərdən, 2.14-cü bəndin birinci cümləsindən və 2.15-ci bənddən (hər iki halda) “xüsusi” sözü çıxarılsın;

4.2.3.3. aşağıdakı məzmunda 2.16-cı və 2.17-ci bəndlər əlavə edilsin:

“2.16. Əşyaların dövriyyəsinə icazə verən müvafiq dövlət orqanı verdiyi, dayandırdığı, bərpa və ləğv etdiyi icazələrlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində göstərilən məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində, bu mümkün olmadığı hallarda isə 3 iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərir.

2.17. Xarici ölkələrdə qeydiyyatda olan ticarət iştirakçıları Azərbaycan Respublikası ərazisindən tranzit keçməsinə müvafiq qanunvericiliklə icazə tələb olunan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınmasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən və həmin əşyaların dövriyyəsinə icazəsi olan dolayı gömrük təmsilçiləri vasitəsilə həyata keçirə bilərlər.”;

4.2.4. III hissə üzrə:

4.2.4.1. 3.1-ci bənddə “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin və həmin bənddən “xüsusi” sözü çıxarılsın;

4.2.4.2. 3.2-ci bəndin birinci və ikinci cümlələrində “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;

4.2.5. IV hissə üzrə:

4.2.5.1. adından “XÜSUSİ” sözü çıxarılsın;

4.2.5.2. 4.1-ci bəndin birinci abzasından (hər iki halda), 4.1.1-ci (hər iki halda) və 4.1.2-ci yarımbəndlərdən, 4.2-ci bənddən (hər dörd halda), 4.3-cü bəndin birinci (hər iki halda) və ikinci (hər üç halda) cümlələrindən, 4.4-cü bəndin birinci abzasından (hər iki halda), 4.4.1-ci (hər iki halda) və 4.4.2-ci yarımbəndlərdən “xüsusi” sözü çıxarılsın;

4.2.5.3. 4.5-ci bənd üzrə:

4.2.5.3.1. birinci cümlədən (hər dörd halda) “xüsusi” sözü çıxarılsın;

4.2.5.3.2. ikinci cümlədə “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin və həmin cümlədən “xüsusi” sözü çıxarılsın;

4.2.6. V hissə üzrə:

4.2.6.1. adından “XÜSUSİ” sözü çıxarılsın;

4.2.6.2. 5.1-ci, 5.2-ci (hər iki halda) və 5.3-cü bəndlərdən “xüsusi” sözü çıxarılsın;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı” üzrə:

4.3.1. adından (hər iki halda) “xüsusi” sözü çıxarılsın;

4.3.2. “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;

4.3.3. “Qeyd” hissəsinin 2-ci bəndindən “xüsusi” sözü çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333, № 12 (I kitab), maddə 1136; 2026, № 8, maddələr 787, 805) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.5-ci bəndinin beşinci abzasından “xüsusi” sözü çıxarılsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?