Modern.az

Rəşad Nəbiyev Estoniya nümayəndə heyəti ilə görüşüb

Rəşad Nəbiyev Estoniya nümayəndə heyəti ilə görüşüb

Aktual

5 Noyabr 2026, 16:03

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının (ITL) təşkilatçılığı ilə keçirilən dəyirmi masada İT şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. 

Modern.az xəbər verir ki, dəyirmi masa çərçivəsində Azərbaycanda rəqəmsallaşma sahəsində həyata keçirilən son yeniliklər, qəbul edilmiş yeni qanunvericilik paketi və texnologiya sektorunda yaradılan imkanlar barədə Estoniya şirkətlərinə məlumat verilib. 

Həmçinin İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması