Modern.az

Araqçı ABŞ ilə danışıqlara gedir - YENİLƏNİB

Araqçı ABŞ ilə danışıqlara gedir - YENİLƏNİB

Aktual

Bu gün, 16:11

İranın xarici işlər naziri Abbas Əraqçı cümə günü axşam saatlarında kiçik müşavirlər qrupu ilə İslamabad şəhərinə səfər edəcək.

Pakistan hökumətindəki mənbənin məlumatına görə, səfər çərçivəsində ABŞ ilə mümkün sülh danışıqlarının keçirilməsi ehtimalı yüksəkdir. Bildirilir ki, görüşün təşkili üçün ABŞ-nin logistika və təhlükəsizlik üzrə mütəxəssislərindən ibarət qrup artıq İslamabadda yerləşdirilib və hazırlıq işlərinə başlayıb.

 

***

15:45

İran danışıqlar aparmaq üçün Pakistana nümayəndə heyəti göndərir.

Modern.az xəbər verir ki, bu barədə CNN Pakistan və İran mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, keçiriləcək görüşlərdə ABŞ nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!