Modern.az

Prinsipial və qətiyyətli siyasət

Prinsipial və qətiyyətli siyasət

Aktual

Bu gün, 11:40

Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində bir sıra ölkələrin və Avropa təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı, bir neçə əsas mesaj üstündə qurulmuşdur.

Çıxışda Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunuldu. Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması isitqamətində ciddi addımların atıldığı, bu günədək Azərbaycan ərazisindən Ermənistana 28 min ton yükün çatdırıldığı və 12 min ton neft məhsullarının ixrac olunduğu bildirildi.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu ticarət münasibətlərinin başlanması deməkdir.

Daha sonra, Prezident çıxışında Avropa Parlamentini (AP) Azərbaycanla Ermənistan arasında sülh prosesini sabotaj etməyə yönələn addımlar atdığını bildirdi və AP-ni sərt tənqid etdi.

Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəzli və təxribat xarakteri daşıyan fəaliyyəti artıq sistemli və ardıcıl xarakter alıb.

Görünən odur ki, onların bu təxribatlardan əl çəkmək niyyətləri yoxdur. Bu da aydın görünür ki, bütün cəhd və təxribatlara baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın torpaqlarını azad etməsi, müstəqil siyasət həyata keçirməsi onları ciddi narahat edir.

Qeyd etmək istəyirəm ki, Avropa Parlamenti Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır. Bu təxribatlar, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi prinsipial və qətiyyətli siyasətə təsir göstərə bilməz. 

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV