“Telegram”ın qurucusu Pavel Durov “iOS” əməliyyat sisteminin köhnə versiyalarından istifadə edən “iPhone” sahiblərini kütləvi haker hücumu riski barədə xəbərdar edib.
Modern.az xəbər verir ki, Durov sistem son versiyadan az fərqlənsə belə, istifadəçinin şəxsi məlumatları risk altında ola bildiyini qeyd edib.
O bildirib ki, bəzi hallarda telefonun sındırılması üçün sadəcə bir saytı açmaq kifayət edə bilər. “Telegram” köhnə “iOS” versiyalarından istifadə edən şəxslərə xəbərdarlıq göndərir və sistemi yeniləməyə çağırır.
Durov hansı versiyaların risk altında olduğunu və neçə istifadəçinin zərər çəkdiyini açıqlamayıb. Kazinform bildirir ki, “Apple” əvvəllər “iOS” sistemindəki təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün yeniləmələr yayımlayıb. Agentlik Durovun son açıqlamasına “Apple”ın rəsmi münasibətini tapa bilməyib.