Modern.az

98 yaşlı kişinin ürək qapağı 45 dəqiqəyə dəyişdirildi 

98 yaşlı kişinin ürək qapağı 45 dəqiqəyə dəyişdirildi 

Dünya

Bu gün, 10:44

Qazaxıstanın Almatı şəhərində həkimlər 98 yaşlı xəstənin ürək qapağını döş qəfəsini açmadan dəyişdiriblər.

Modern.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, xəstənin ürək qapağı daraldığı üçün qan dövranı çətinləşib. Açıq əməliyyatın riskini nəzərə alan həkimlər yeni qapağı bud nahiyəsindəki damardan keçirdikləri nazik boru vasitəsilə yerləşdiriblər.

45 dəqiqə çəkən əməliyyat fəsadsız başa çatıb. Həkimlər yeni qapağın normal işlədiyini və qan dövranının yaxşılaşdığını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV