Modern.az

Batumidə “Beşiktaş” azarkeşlərinə hücum - bir tələbə bıçaqlandı 

Batumidə “Beşiktaş” azarkeşlərinə hücum - bir tələbə bıçaqlandı 

Dünya

Bu gün, 10:35

Gürcüstanın Batumi şəhərində təhsil alan iki türkiyəli tələbə hücuma məruz qalıb,  “Beşiktaş” azarkeşi olan tələbələrdən biri çiynindən bıçaqlanıb.

Modern.az xəbər verir ki, hadisə “Hilton” hotelinin yaxınlığında baş verib. Üç-dörd nəfərlik qrup tələbələrə yaxınlaşaraq boyunlarındakı “Beşiktaş” şərflərini çıxarmalarını tələb edib. Gənclər şərfləri verməkdən imtina etdikdə onları döyüblər, tələbələrdən birini isə çiynindən bıçaqlayıblar. 

Hotel əməkdaşlarının çağırışı ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadası gəlib. Yaralıya ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb. Tələbənin vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisədən sonra Türkiyənin Batumidəki Baş Konsulluğunun nümayəndələri Gürcüstan rəsmiləri ilə əlaqə saxlayıblar. 

Hücum Batumidə UEFA Avropa Liqası çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” oyunundan sonra baş verib. İHA-nın məlumatına görə, qarşılaşma zamanı Gürcüstan polisi türkiyəli azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!