Modern.az

İstedadlı şəxslər alternativ hərbi xidmət keçməlidir

İstedadlı şəxslər alternativ hərbi xidmət keçməlidir

Aktual

Bu gün, 12:12

Mədəniyyət naziri Adil Kərimli və bir sıra idman rəsmiləri son dövrlər incəsənət və idman sahəsində xüsusi bacarığı olan şəxslər üçün alternativ hərbi xidmət məsələsini gündəmə gətirirlər. Müzakirələr xüsusilə müharibədən sonrakı dövrdə bu modelin tətbiqinin mümkün olub-olmaması ətrafında aparılır.

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda alternativ xidmət haqqında qanun mütləq qəbul edilməlidir:

“Azərbaycanda alternativ xidmət haqqında qanun mütləq qəbul edilməlidir. Biz o qanunu 90-cı illərdən hazırlamışıq. Sadəcə Qarabağ məsələsi o vaxt həll olunmadığına görə biz o qanunun qəbulunu bir qədər təxirə saldıq”.

Ekspert qeyd edib ki, Azərbaycan artıq müharibədə qalib olmuş ölkə kimi bu məsələni daha rahat müzakirə edə bilər:

“Artıq biz müharibənin qalibi kimi altıncı ilini yaşayırıq. 2023-cü ildən antiterror tədbirlərini də götürsək, artıq dördüncü ildir qalib ölkənin vətəndaşlarıyıq”.

Üzeyir Cəfərov bildirib ki, mədəniyyət və digər sahələrdə xüsusi bacarıqlı şəxslərin alternativ xidmət keçməsinin tərəfdarıdır:

“Mən hörmətli mədəniyyət naziri Adil Kərimlinin, həmçinin digər sahələrdə bacarıqlı şəxslərin alternativ xidmət keçməsinin qəti tərəfdarlarından biriyəm və biz övladlarımızı qorumalıyıq”.

Hərbi ekspert ADA Universitetinin məzunu olmuş şəhid Ceyhun Hüseynovun nümunəsini də çəkib:

“Bu yaxınlarda 627 balla ADA-ya daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmiş, magistr təhsili almış Ceyhun Hüseynov adlı əsgərimizin anım tədbirində iştirak etdik. Ceyhun Hüseynov Azərbaycana böyük xeyirlər verə biləcək bir gənc idi”.

Onun sözlərinə görə, alternativ xidmət modeli olsaydı, belə gənclərin potensialından fərqli formada istifadə etmək mümkün idi:

“Bizim borcumuz idi ki, alternativ xidmət olsa idi, onu qorumalı idik. Azərbaycanın sabahı üçün ondan lazımınca yararlanmalı idik”.

Üzeyir Cəfərov bildirib ki, alternativ xidmət hər kəsə aid edilməməlidir:

“Alternativ xidməti də yerə-yamışan etmək lazım deyil. Alternativ xidməti hər kəs keçə bilməz. Yalnız müəyyən parametrlərə uyğun gələn şəxslər bundan yararlana bilər”.

Ekspert qeyd edib ki, bu məsələ Milli Məclisdə də müzakirə olunmalıdır:

“Mən bunu bir neçə millət vəkilinin də diqqətinə çatdırmışam. Alternativ xidmət haqqında qanun Milli Məclisin müvafiq komitəsində qəbul edilməlidir. Bu qanun bizim üçün çox önəmlidir və vacibdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV