Modern.az

Paşinyanı öldürmək istəyən şəxs tutuldu - RƏSMİ

Paşinyanı öldürmək istəyən şəxs tutuldu - RƏSMİ

Aktual

Bu gün, 11:35

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanın qətlinə hazırlıq işi üzrə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, saxlanılan şəxs M.M. adlı şəxsdir. Onun barəsində siyasi motivlərlə bir qrup şəxs tərəfindən dövlət xadiminin qətlinə hazırlıq, həmçinin seçkiqabağı təşviqata mane olma maddələri ilə cinayət təqibi başlanıb.

Cinayət işi hökumət başçısına qarşı təhdidlərin səsləndirildiyi, maskalı şəxslərin iştirak etdiyi videonun yayılmasından sonra açılıb.

İstintaq Komitəsinin məlumatına əsasən, 2026-cı il mayın 16-da qrup üzvləri ümumi istifadə üçün nəzərdə tutulmayan internet platformasındakı videoyayıma qanunsuz giriş əldə ediblər. Daha sonra həmin görüntülər yayımlanıb və istintaqın versiyasına görə, bu addım iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat prosesinə maneə yaradıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV