Modern.az

Su ehtiyatlarımız azalır: Azərbaycan 35 ölkəlik risk qrupundadır

Su ehtiyatlarımız azalır: Azərbaycan 35 ölkəlik risk qrupundadır

Aktual

Bu gün, 11:16

Azərbaycan 2050-ci ilədək su qıtlığından ən çox təsirlənəcək 35 ölkədən biri ola bilər.

Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.

Nazir müavininin sözlərinə görə, son illərdə iqlim dəyişikliyi fonunda həm su ehtiyatlarının azalması, həm də yağıntıların rejimində ciddi dəyişikliklər müşahidə olunur.

“Yağışların düşmə müddəti və tezliyi dəyişir ki, bu da aqrar sektora birbaşa təsir göstərir. Ölkəmiz 2050-ci ilə qədər su qıtlığından əziyyət çəkəcək 35 ölkə sırasında olacaq”, - deyə Z.Əliyev qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var