Modern.az

Xankəndidə yeni kollektor sistemi qurulacaq

Xankəndidə yeni kollektor sistemi qurulacaq

Aktual

Bu gün, 12:46

Xankəndi şəhərində yağış sularının yığılması üçün yeni kollektor sisteminin tikintisi nəzərdə tutulur".

Modern.az xəbər verir ki, bunu Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bununla bağlı layihələndirmə işləri aparılır:

"Şəhərin su təchizatı və kanalizasiya infrastrukturu ilə yanaşı, yağış sularının idarə olunmasını təmin edəcək kollektor sistemi də yenidən qurulacaq. Həyata keçiriləcək layihə Xankəndi şəhərinin su və kanalizasiya infrastrukturunun müasir tələblərə uyğun şəkildə yenilənməsini nəzərdə tutur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var