Azərbaycanda yumurta, meyvə və tərəvəz məhsullarının ixracının artırılması hədəflənir.
Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, proqram çərçivəsində meyvə və tərəvəz məhsullarının istehsal həcminin artırılması da əsas hədəflərdən biridir.
“Yumurta, meyvə və tərəvəz məhsullarının ixracının artırılması ilə bağlı hədəflər mövcuddur. İxracın genişləndirilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə birlikdə hazırladığımız tədbirlər paketi var. Hazırda müəyyən subsidiyalaşdırma mexanizmləri də müzakirə olunur. Həm məhsul istehsalını, həm də ixracı stimullaşdıracaq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə Z.Əliyev əlavə edib.