Modern.az

Dövlət qulluğuna test imtahanları keçiriləcək

Dövlət qulluğuna test imtahanları keçiriləcək

Təhsil

Bu gün, 11:40

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il iyunun 7-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

BB vəzifə altqrupu üzrə test imtahanı

İmtahanda iştirak etmək üçün 1389 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Fəaliyyətin davam etdirilməsi üzrə  imtahanda iştirak etmək üçün AB qrupu üzrə 8, AC qrupu üzrə 15, BA qrupu üzrə 73, BB qrupu üzrə isə 179 olmaqla, ümumilikdə 275 namizəd  qeydiyyatdan keçib. 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları bu linkə  daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. 

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün 18 zal admini, 108 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var